Azərbaycanda zəlzələ oldu - RƏSMİ - YENİLƏNİB

Azərbaycanda zəlzələ oldu - RƏSMİ - YENİLƏNİB Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.
Hadisə
4 May , 2020 00:11
Azərbaycanda zəlzələ oldu - RƏSMİ - YENİLƏNİB
0 : 00
0 : 00

Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. 

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 


***00:08

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında hiss edilib. 

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

"Report"un Şimal-qərb bürosu isə xəbər verir ki, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi