Azərbaycanda zavodda partlayış baş verib, ölən və yaralananlar var

Azərbaycanda zavodda partlayış baş verib, ölən və yaralananlar var Hadisə nəticəsində yanğın baş verməyib
Hadisə
4 Yanvar , 2016 12:42
Azərbaycanda zavodda partlayış baş verib, ölən və yaralananlar var

Bakı. 4 yanvar. REPORT.AZ/ Balakən rayonunda zavodda partlayış baş verib. "Report"un məlumatına görə, hadisə bu gün  saat 10:30 radələrində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi