Yuxarı

Azərbaycanda yük qatarı yaşlı kişini vuraraq öldürüb - FOTO

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Lənkəranda yük qatarı dəmir yolu xəttinin üstündən keçmək istəyən yaşlı kişini vurub. "Report"un xəbərinə görə, hadisə Osmanlı-Astara dəmir yolunun 150-ci km-də, Lənkəran rayonunun Göyşaban dəmir yolu stansiyasının yaxınlığında baş verib. 

Yüksək sürətlə hərəkət edən yük qatarı rayon sakini, 77 yaşlı Qiyas Mustafa oğlu Hacıyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İlkin ehtimallara görə, Q.Hacıyev eşitmə qüsurlu olduğundan, qatarın siqnal səsini eşitməyib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi