Azərbaycanda yük qatarı aşıb - FOTO

Azərbaycanda yük qatarı aşıb - FOTO Hadisə Kürəkçay stansiyasının yaxınlığında baş verib
Hadisə
29 Aprel , 2015 09:12
Azərbaycanda yük qatarı aşıb - FOTO

Bakı. 29 aprel. REPORT.AZ/ Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. “Report”un məlumatına görə, stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən 3 vaqon relsdən çıxaraq aşıb.

Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib.

Hadisə zamanı vaqonlar yüksüz olduğundan, dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib.

“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfrastruktur Departamentinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.

Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında yolda mövcud nasazlıq aradan qaldırılıb. QSC-dən “Report”a bildirilib ki, qəza digər qatarların hərəkətində maneə yaratmayıb. Qəzanın vaqonlarda olan nasazlıqdan qaynaqlandığı güman edilir: “Hazırda istər yük, istərsə də sərnişin qatarlarına hərəkət açıqdır”.

Son xəbərlər

Orphus sistemi