Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub

Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub Bərdə rayonunda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Hadisə
2 May , 2019 19:01
Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub
Report

Bərdə rayonunda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən Vüsal Əliyevə məxsus obyektdə qeydə alınıb.

Belə ki, "İdeal Petrol" yanacaqdoldurma məntəqəsinin yardımçı binasında elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanğın olub. Hadisə zamanı hava balonu və digər əşyalar yanaraq kül olub. 

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun yayılmasının qarşısı alınıb. 

Son xəbərlər

Orphus sistemi