Yuxarı

Azərbaycanda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb

Hazırda faktla bağlı istintaq davam etdirilir

Bakı. 11 aprel. REPORT.AZ/ "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Faktla bağlı DİN-nin  Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi