Azərbaycanda üstünə manqal aşması nəticəsində yanan azyaşlı ölüb

Azərbaycanda üstünə manqal aşması nəticəsində yanan azyaşlı ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Avqust , 2016 11:03
Azərbaycanda üstünə manqal aşması nəticəsində yanan azyaşlı ölüb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanda üstünə manqal aşaraq yanan azyaşlı xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 11-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb. Xəstəxanaya yerləşdirilən Y.Qafarov avqustun 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi