Yuxarı

Azərbaycanda üç nəfər suda boğularaq ölüb

Faktlarla bağlı araşdırma aparılır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda üç nəfər suda boğularaq ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Goranboy rayon sakini Elnur Yusifov ehtiyatsızlığı nəticəsində Yevlax rayonunun Aran qəsəbəsindəki Yuxarı Qarabağ kanalına yıxılıb. Onun meyiti sudan çıxarılıb.

Salyan rayonunun Boranıkənd kənd sakini, azyaşlı Lazım Rzayev ehtiyatzılığından Akkuşa çayına düşərək boğulub. Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Şəki rayon sakini Tehran Rəfiyev Sumqayıt şəhərinin dəniz çimərliyində çimərkən suda boğulub.

Faktlarla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi