Azərbaycanda üç nəfər dəm qazından zəhərlənib

Azərbaycanda üç nəfər dəm qazından zəhərlənib Onlardan biri ölüb
Hadisə
24 Fevral , 2016 11:43
Azərbaycanda üç nəfər dəm qazından zəhərlənib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda üç nəfər dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Gəncə şəhərində yaşayan Kəmalə Bəylərova, Xırdalan şəhər sakini İlkin Abbasov və Beyləqan şəhərində yaşayan Elşən Nəsirov dəm qazından zəhərlənib. Kəmalə Bəylərova və İlkin Abbasov xəstəxanalara yerləşdirilib. Elşən Nəsirov isə ölüb.

Faktlarla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi