Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Hadisə
28 Mart , 2022 21:12
Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

Gəncə şəhərində təcili tibbi yardım avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşının idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində, avtomobilin sürücüsü Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə xəstə olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:06

Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi