Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib

Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib.
Hadisə
22 May , 2023 16:04
Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib

Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2021-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən, Tacikistan vətəndaşı, 1979-cu il təvəllüdlü Saodat Mahmudovanın verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Saodat Mahmudova cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi