Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda "ZİL" markalı avtomobilin sürücüsünü elektrik cərəyanı vurub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunda baş verib.
Belə ki, rayonun Velədi kəndində rayon sakini Rəhim Babayev idarə etdiyi “ZİL” markalı avtomobilin yükqaldırıcı qurğusu ilə iş görərkən ehtiyatsızlığı nəticəsində qurğu elektrik cərəyanına toxunub və sürücü elektrik cərəyanı vurması nəticəsində ölüb.