“Slavyanka” istehsal edən şirkətin əməkdaşına cinayət işi açılıb

“Slavyanka” istehsal edən şirkətin əməkdaşına cinayət işi açılıb “Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon Prokurorluğuna müraciət daxil olub
Hadisə
16 May , 2021 16:12
 “Slavyanka” istehsal edən şirkətin əməkdaşına cinayət işi açılıb

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon Prokurorluğuna müraciət daxil olub.

Bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilən firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilən pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Qeyd edək ki, "Gədəbəy Mineral Suları" MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka-1” əmtəə nişanı adı ilə su istehsal olunur.

Son xəbərlər

Orphus sistemi