Yuxarı
    Bağlamaq

    Azərbaycanda silah-sursat anbarında partlayışla bağlı bir neçə kənd boşaldılıb

    Bakı-Quba yolu bağlanıb

    Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın Giləzi, Sitalçay və bir neçə digər yaşayış məntəqələrinin əhalisi təxliyyə edilib.

    "Report"un Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.

    Həmçinin, əraziyə Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.

    Bakı-Quba yolu bağlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi