Azərbaycanda sərnişindaşıma ilə məşğul olan avtobuslara rəqəmsal taxoqraflar quraşdırılacaq

Azərbaycanda sərnişindaşıma ilə məşğul olan avtobuslara rəqəmsal taxoqraflar quraşdırılacaq "Buna nəzarəti həm Nəqliyyat Nazirliyi, həm də DİN həyata keçirəcək"
Hadisə
16 Dekabr , 2014 13:50
Azərbaycanda sərnişindaşıma ilə məşğul olan avtobuslara rəqəmsal taxoqraflar quraşdırılacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ “Qərb dövlətlərinin əksəriyyətində avtobuslarda elektron rəqəmsal taxoqraflar qoyulur və bu, həmin nəqliyyat vasitəsinin iş müddətində onun hərəkət sürətinə nəzarət etməyə imkan verir. Bu taxoqrafların Azərbaycanda da tətbiq edilməsi gündəmdədir”. “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Nəqliyyat Nazirliyi ilə müvafiq təşkilati işlər görülüb: “Sərnişindaşıma ilə məşğul olan avtobuslara rəqəmsal taxoqrafların tətbiqi planlaşdırılır. Buna nəzarəti həm Nəqliyyat Nazirliyi, həm də DİN həyata keçirəcək. Yaxın zamanlarda məsələ öz həllini tapmalıdır”.

Son xəbərlər

Orphus sistemi