Yuxarı
    Bağlamaq

    Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var - FOTO

    Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi dərəyə yuvarlanıb

    Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə yuvarlanıb, xəsarət alanlar var. "Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 14.00 radələrində Bakı-Qazax magistralının 395-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib.

    Belə ki, Gəncədən Qazaxa sərnişin daşıyan "Ford" markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən "VAZ 21011" markalı avtomobillə toqquşub. Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.

    Mikroavtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi