Azərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutuldu

Azərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutuldu Azərbaycan dövlətinin “İnterpol” xəttilə axtarışa verdiyi şəxs Almaniyada saxlanılıb.
Hadisə
16 Sentyabr , 2020 14:50
Azərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutuldu
0 : 00
0 : 00

Azərbaycan dövlətinin “İnterpol” xəttilə axtarışa verdiyi şəxs Almaniyada saxlanılıb.

“Report” xəbər verir ki, saxlanılan Nahid Qasımov Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olub.

O, Almaniyadan Azərbaycana ekstradisiya olunacaq.

Xatırladaq ki, bu ay Almaniyadan və Niderlanddan 5 azərbaycanlı yerli miqrasiya qanunvericilik tələblərini pozduğu üçün deportasiya olunmuşdu. Belə ki, Niderland Krallığından Ukrayna vətəndaşları, əslən Bakıdan olan 42 yaşlı Səfərov Qoşqar Sultan oğlu, həyat yoldaşı Səfərova Lyudmila Vladimirovna və 4 yaşlı qız övladı Səfərova Ruslana Qoşqar qızı ölkədən deport olunublar. Almaniyadan isə Azərbaycan vətəndaşı, əslən Lənkəran rayonundan olan 25 yaşlı Quliyev Xəqani Qulu oğlu və Gürcüstan vətəndaşı, əslən Qardabani rayonundan olan 30 yaşlı Hüsüyev Qoruq Süleyman oğlu deport olunub.

Son xəbərlər

Orphus sistemi