Azərbaycanda sələmçiliklə məşğul olan qadının evindən külli miqdarda pul oğurlanıb

Azərbaycanda sələmçiliklə məşğul olan qadının evindən külli miqdarda pul oğurlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
267
17 May , 2016 10:57
Azərbaycanda sələmçiliklə məşğul olan qadının evindən külli miqdarda pul oğurlanıb

Bakı. 17 may. REPORT.AZ/ Ağstafa rayonunda evdən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb. "Report"un məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində, 69 yaşlı Səmayə Baxşıyevanın evində baş verib.

Belə ki, iki nəfər maskalı şəxs qadının tək yaşadığından istifadə edərək evə daxil olublar. Ev sahibi S.Baxşıyevaya bıçaqla hədə-qorxu gələrək evdə olan pulların və qızıl əşyaların yerini soruşublar. Daha sonra onun baş nayihəsinə bir neçə zərbə endiriblər. Qadın öldürüləcəyindən qorxaraq özünü huşu itmiş kimi göstərib.

Sonra maskalı şəxslər pul və qızıl-zinət əşyalarını tapmaq üçün evin bütün otaqlarını axtarıblar. Nəticədə evdən 13 min ABŞ dolları, 1 800 manat nəğd pul və 2 000 manatlıq qızıl əşyaları götürüb qaçıblar.

Zərərçəkən hazırda təqaüddə olduğunu lakin sələm yolu ilə pul verdiyini bildirib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi