Azərbaycanda saxta pul əsginazları satan şəxs saxlanılıb

Azərbaycanda saxta pul əsginazları satan şəxs saxlanılıb Faktla bağlı araşdırma başlanılıb
Hadisə
5 Noyabr , 2014 13:57
Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda saxta pul əsginazları satan şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib.

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanan 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əsginazı Göytəpə şəhərində satarkən saxlanılıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi