Azərbaycanda Rusiya vətəndaşının azadlıqlarının məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı aşkarlanıb

Azərbaycanda Rusiya vətəndaşının azadlıqlarının məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı aşkarlanıb Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
6 May , 2016 11:09
Azərbaycanda Rusiya vətəndaşının azadlıqlarının məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı aşkarlanıb

Bakı. 6 may. REPORT.AZ/ Gəncədə fərdi heyvandarlıq müəssisəsində xarici vətəndaşın azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı aşkar olunub. 

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi