Yuxarı

​Azərbaycanda qonşular arasında kütləvi davada yaşlı qadın xəsarət alıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qaxda qonşular arasında baş verən kütləvi dava yaşlı qadının xəsarət alması ilə nəticələnib. "Report"un məlumatına görə, hadisə rayonun Baydarlı kəndində baş verib.
Belə ki, kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, K.Bəbəşova baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən aldığı çoxsaylı xəsarətlə Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib və sonda K.Bəbəşovanın döyülməsi ilə nəticələnib. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi