Yuxarı
    Bağlamaq

    Azərbaycanda qatar avtomobil ilə toqquşub - FOTO

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 2 avqust. REPORT.AZ/ Qax rayonu ərazisində qəza hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonunun Tasmalı kəndi ərazisində sərnişin qatarı dəmiryolunun qorunmayan hissəsində avtomobillə toqquşub, avtomobildə olan bir ailənin üç üzvü xəsarət alıb.

    Balakən-Bakı xətti üzrə hərəkət edən sərnişin qatarı Qaxdan Zaqatala istiqamətində hərəkətdə olan Zaqatala rayon sakini 37 yaşlı Siyavuş Mustafayevin idarə etdiyi 62-BF-820 dövlət nömrə nişanlı Hyundai Accent markalı minik avtomobili ilə toqquşub. Qatarın zərbəsi nəticəsində maşın bir-neçə metr dəmir yolu xəttindən kənara düşüb.

    Hadisə şahidlərinin sözlərinə görə, avtomobil dəmir yolu xəttini keçərkən qatarın xətti keçməsini gözləməyib. Qəza nəticəsində sürücü ilə yanaşı onun həyat yoldaşı 34 yaşlı Aygül Mustafayeva və onların övladı 12 yaşlı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə,ər və arvadın vəziyyəti normal olsa da 12 yaşlı oğlanın sağ ayağının bud nahiyyəsində sınıqlar aşkar olunub. Hazırda xəstəxanada müalicələri davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi