​Azərbaycanda qadın dələduzluğa görə axtarışa verilib

​Azərbaycanda qadın dələduzluğa görə axtarışa verilib “Nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”
Hadisə
148
8 Aprel , 2015 16:04
​Azərbaycanda qadın dələduzluğa görə axtarışa verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Aparılmış istintaqla P.Səfərovanın, X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub.

İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatları araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək.

Hazırda iş üzrə P.Səfərovanın tutularaq istintaqa cəlb edilməsi və vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək ödətdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, axtarışa verilmiş X.Əsgərova Qazax rayonunun Xanlıqlar kəndində bağça müdiri olub. Onun hazırda vəsifəsində qalıb-qalmadığı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi