Azərbaycanda PUA-ların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək

Azərbaycanda PUA-ların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək Milli Məclis müvafiq qanuna dəyişiklik edib
Hadisə
17 May , 2016 13:05
Azərbaycanda PUA-ların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların (PUA) xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək.

"Report"un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilib.

İndiyədək siyahıda 17 adda məhsul və avadanlığın adı var idi. Qəbul edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Son xəbərlər

Orphus sistemi