Yuxarı

​Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb

Aşağı vəzifəyə keçirilən şəxs polis mayorudur

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Bəkir Qarayev apardığı cinayət işlərinin istintaqını həyata keçirərkən nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilib. Daxili əmrə əsasən, B.Qarayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, keçmiş müstəntiq B.Qarayev Ağdaş Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Qabil Qarayevin oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi