Yuxarı

​Azərbaycanda polis əməkdaşlarını döyən qohumlar saxlanılıb

Faktla bağlı cinayət işi qaldırılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda polis əməkdaşlarına qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı açıqlama yayıb. “Report”un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məlumatda bildirilib ki, iyulun 20-si saat 20 radələrində Göygöl rayonunun Çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət ediblər. Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayiş keşikçilərinə qarşı fiziki zor tətbiq ediblər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi