Yuxarı

Azərbaycanda polis əməkdaşı xidməti avtomobili aşırıb və hadisə yerində ölüb

Faktla bağlı araşdırma aparılır

Göyçay. 17 sentyabr. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi