Bakı. 13 noyabr. REPORT.AZ/ Qardağ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, noyabrın 12-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Sabirabad rayon sakini Əziz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Rövşən Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən R.Məmmədov ölüb.
Faktla bağlı Baş Dövləıt Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.