Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın
Hadisə
29 Mart , 2024 09:39
Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 50 kiloqramdan artıq narkotik aşkarlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.

Son xəbərlər

Orphus sistemi