Yuxarı

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb - FOTO

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.

"Report" xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.

Rayon sakini, 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb. 

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar. 

Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər. Hazırda Rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi