Azərbaycanda ömürlük həbs cəzası alan keçmiş polis və digərləri kassasiya şikayəti verib

Azərbaycanda ömürlük həbs cəzası alan keçmiş polis və digərləri kassasiya şikayəti verib Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib
Hadisə
23 May , 2017 09:47
Azərbaycanda ömürlük həbs cəzası alan keçmiş polis və digərləri kassasiya şikayəti verib
Report

Bakı. 23 may. REPORT.AZ/ Qətl və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib.

Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman R.Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər. Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar.

Ş.Orucov və R.Əhmədov imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar. Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər.

Ş.Orucov və R.Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

2015-ci ilin fevralında isə Rəşad Tağıyevlə Rəhim Səttarov qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham olunublar.

2016-cı ilin fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyevlə R.Səttarovun hər biri isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi