Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Hadisə
- 22 sentyabr, 2020
- 07:39
Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.
“Report”un xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.
Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.
Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Son xəbərlər
19:31
Nikol Paşinyan: Biz sülhü geri dönməz hesab etməyə çox yaxınıq
Region19:26
ABŞ və Ermənistan İrəvanda saziş imzalayıb
Region19:26
Uitaker müharibənin bitməsilə bağlı Zelenskinin sözlərini təkzib edib
Digər ölkələr19:06
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Xarici siyasət19:05
Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan uşağın vəziyyəti açıqlanıb
Hadisə19:05
Foto
Gəncədə 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına start verilib
Fərdi18:57
Foto
Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olunub
Xarici siyasət18:56
KİV: NATO yaxın günlərdə "Arktik Keşikçi" missiyasına başlamağı planlaşdırır
Digər ölkələr18:48