Yuxarı

Azərbaycanda oğul anasını öldürərək evinin həyətində basdırıb

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Bakı. 6 noyabr. REPORT.AZ/ Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib. “Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi