Azərbaycanda nazir müavininin qolu sınıb - FOTO

Azərbaycanda nazir müavininin qolu sınıb - FOTO O, nazirliyin tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb
Hadisə
7 Mart , 2017 17:32
Azərbaycanda nazir müavininin qolu sınıb - FOTO

Bakı. 7 mart. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.

“Report”un məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm də MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.

Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədə alıb.

Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi