Azərbaycanda narkotik qaçaqmalçılığının qarşısı alınıb

Azərbaycanda narkotik qaçaqmalçılığının qarşısı alınıb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
5 Aprel , 2017 09:51
Azərbaycanda narkotik qaçaqmalçılığının qarşısı alınıb
Report.az

Bakı. 5 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.

"Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun qolları dirsəyə qədər qatlanmış köynəyinin sağ qolunda bir ədəd bükümdə, xalis çəkisi 0,523 qram olan tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi