Azərbaycanda naməlum şəxslər taksi sürücüsünü qaçırıblar

Azərbaycanda naməlum şəxslər taksi sürücüsünü qaçırıblar Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır
Hadisə
158
8 Dekabr , 2017 11:09
Azərbaycanda naməlum şəxslər taksi sürücüsünü qaçırıblar

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı-Gəncə marşrutu üzrə şəxsi “Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

“Report”un xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi