Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda müğənni avtomobilini aşırıb, 1 nəfər xəsarət alıb

    Müğənni Cəmilə idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib

    Salyan. 23 iyun. REPORT. AZ / Salyanda yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, İrandan qayıdan müğənni Cəmilə idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində müğənni xəsarətsiz ötüşsə də yanındakı sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi