Azərbaycanda müğənni avtomobilini aşırıb, 1 nəfər xəsarət alıb
Hadisə
- 23 iyun, 2016
- 17:27
Salyan. 23 iyun. REPORT. AZ / Salyanda yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İrandan qayıdan müğənni Cəmilə idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində müğənni xəsarətsiz ötüşsə də yanındakı sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:25
Tramp: İran ABŞ-nin əksər tələblərini yerinə yetirməyə hazırdır
Digər ölkələr07:55
İsrail Ordusu Livandan Hayfaya atılan raketləri ələ keçirib
Digər ölkələr07:18
Tramp: İran ABŞ-yə 20 neft tankeri verəcək
Digər ölkələr06:56
Entoni Albaneze: Avstraliya yanacaq tədarükünün təminatı üçün qanunları dəyişdirəcək
Digər ölkələr06:33
Tramp Xark adasının ələ keçirilməsi ehtimalını istisna etməyib
Digər ölkələr06:05
ABŞ-nin İraqdakı obyektləri dron hücumlarına məruz qalıb
Digər ölkələr05:42
Tramp İranın neft sənayesinə nəzarəti ələ keçirmək istəyini bildirib
Digər ölkələr05:22
İsrail Ordusu iki fələstinlinin zərərsizləşdirdiyini açıqlayıb
Digər ölkələr04:52