Yuxarı

Azərbaycanda meyit daşıyan avtomobil qəza törədib

Maşının sürücüsü xəsarət alıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Ələt-Astara-İran avtomobil yolunun 128-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, qəza zamanı Astara rayonu istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Yardımlı rayon sakini Səmədov Orxan Elxan oğlunun idarə etdyi "Hyundai H1" markalı yük avtomobili ilə 1978-ci il təvəllüdlü Cəlilabad rayon sakini Dadaşov Çingiz Zakir oğlunun idarə etdiyi eyni markalı minik maşını toqquşub. Qəza zamanı yük maşını minik maşınının arxa hissəsinə çırpılıb. Nəticədə hadisəyə səbəb olan yük maşınının sürücüsü  O.Səmədov xəsarət alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə zamanı O.Səmədovun yük maşınında meyit olub. Ehtimala görə, sürücü dəfn mərasiminin keçiriləcəyi Lerik rayonuna tələsdiyindən qarşısındaki nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçməyib və nəticədə hadisə baş verib.   

Qəza ilə bağlı isə artıq Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma başlanılıb. Qəzada iştirak edən sürücülərin izahatları alınıb. Hadisənin səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi