Yuxarı

Azərbaycanda məşhur şirkət Hindistan vətəndaşı olan keçmiş işçisi ilə bağlı açıqlama yayıb

Onun AHİ Carrier Fzc, Carrier Corporation və ya Toshiba Corporation ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən "AHİ Carrier" MMC keçmiş işçisi ilə bağlı açıqlama yayıb.

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, Hindistan Respublikasının vətəndaşı və əvvəllər "AHİ Carrier" MMC-nin işçisi olan Srinivas Rao Chandra 20 iyun 2014-cü il tarixindən etibarən "AHİ Carrier MMC"-nin işçisi deyil: "Bu səbəbdən də Srinivas Rao Chandranın "Carrier" və ya "Toshiba" markalı istilik, havalandırma və kondisioner avadanlıqlarının Azərbaycan ərazisində satışı da daxil olmaqla istənilən məsələlərdə "AHİ Carrier MMC"ni təmsil etmək səlahiyyəti yoxdur.

Srinivas Rao Chandranın "AHİ Carrier" MMC, "AHİ Carrier Fzc", "Carrier Corporation" və ya "Toshiba Corporation" ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur.

Nəzərə alın ki, Srinivas Rao Chandranın bağladığı heç bir əqd və onun üzərinə götürdüyü heç bir öhdəlik "AHİ Carrier" MMC tərəfindən tanınmır.

Srinivas Rao Chandra ilə işgüzar münasibət quran hər hansı fiziki və ya hüquqi şəxs bunu öz riski və məsuliyyəti hesabına görür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi