Azərbaycanda məşhur iş adamının qardaşı oğlu məhkəmədə dindirilib

Azərbaycanda məşhur iş adamının qardaşı oğlu məhkəmədə dindirilib Eldəniz Axundov ona 2,7 milyon dollar ziyan dəydiyini bildirib
Hadisə
30 Sentyabr , 2015 14:04
Azərbaycanda məşhur iş adamının qardaşı oğlu məhkəmədə dindirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Eldəniz Axundov ifadə verib.

E.Axundov ifadəsində ona dəyən ziyanın ödənilməsini istəyib: "Araz xaricdən Azərbaycana mallar gətirirdi. Arazla iş qurmaq üçün ona 2 milyon 700 min dollar nəğd pul vermişəm. Məhkəmədən bu məbləğin mənə ödənilməsinin təmin edilməsini istəyirəm".

Daha sonra hakim A.Məcidov Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulovdan ötən məhkəmə iclasında Araza verdiyi 370 min dollar pulun sənədlərini gətirib-gətirmədiyini soruşub. O.Rəsulov isə sənədləri gətirmədiyini deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.

E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi