Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar

Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
5 Sentyabr , 2017 10:42
Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar.

“Report” xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Son xəbərlər

Orphus sistemi