Azərbaycanda məktəbdə dava edən şagirdləri ayırmaq istəyən işçi aldığı xəsarətdən ölüb

Azərbaycanda məktəbdə dava edən şagirdləri ayırmaq istəyən işçi aldığı xəsarətdən ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Noyabr , 2017 11:21
Azərbaycanda məktəbdə dava edən şagirdləri ayırmaq istəyən işçi aldığı xəsarətdən ölüb

Bakı. 15 noyabr. REPORT.AZ/ Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

"Report"un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərovaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi