Azərbaycanda məhkəmə sədri vəfat edib
Hadisə
- 20 dekabr, 2021
- 12:22
Azərbaycanda məhkəmə sədri vəfat edib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.
O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Son xəbərlər
11:03
Foto
Azərbaycan və Özbəkistan innovativ maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib
Maliyyə11:01
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət11:01
Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb
Elm və təhsil10:50
"Trabzonspor" rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib
Futbol10:46
Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb
Hadisə10:44
Norveç kralı V Harald vəfat edib
Digər ölkələr10:40
Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə10:39
XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir
Daxili siyasət10:34