Azərbaycanda məhkəmə müxtəlif cinayətlərdə ittiham olunan dəstə üzvlərinə bəzi maddələr üzrə bəraət verib

Azərbaycanda məhkəmə müxtəlif cinayətlərdə ittiham olunan dəstə üzvlərinə bəzi maddələr üzrə bəraət verib Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Şirvan Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
26 Noyabr , 2016 15:02
Azərbaycanda məhkəmə müxtəlif cinayətlərdə ittiham olunan dəstə üzvlərinə bəzi maddələr üzrə bəraət verib

Bakı. 26 noyabr. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sahil Quliyev, Mənsur Heydərzadə, Rəhman Təhməzov, Əvəz Məmmədov, Xəyal Məmmədov, İntiqam Umarov və Məhəmməd Xiziriyevin cinayət işi üzrə məhkəmə proses başa çatıb.

"Report"un məlumatına görə, hakim Şirvan Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə hökmünə əsasən, S.Quliyevin təqsirli hesab olunduğu Cinayət Məcəlləsinin (CM) 120.2.1-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd) və 28,234.4.1-ci (cinayətə hazırlıq, narkotik, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ümumi ittihamdan xaric edilib.

M.Heydərzadə, R.Təhməzov, Ə.Məmmədov, X.Məmmədov və İ.Umarova CM-nin 120.2.1, 120.2.5, 120.2.6, 120.2.11, 29,120.2.1,29,120.2.5, 29,120.2.6, 29,120.2.11 və 29,120.2.7-ci maddələri ilə elan olumuş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib. Həmin şəxslərin səhvən təqsirli hesab olunduğu CM-nin 28, 234.4.1-ci maddələri cinayət işində onlara qarşı irəli sürülmüş ümumi ittihamlardan xaric olunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin başqa maddələri ilə təqsirləndirilən S.Quliyev 15 il, M.Heydərzadə ilə R.Təhməzovun hər biri 9 il, 6 ay, Ə.Məmmədov 12 il, X.Məmmədov 9 il və İ.Umarov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Balakən rayonunda baş verib. S.Quliyev, M.Heydərzadə, R.Təhməzov, Ə.Məmmədov, X.Məmmədov və İ.Umarov Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisinə dağa qalxaraq orada yerləşən 8-ci dolayıda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib yetişdirməklə mühafizəsini həyata keçirən Omarov Vaqif İbrahim oğlu, Məmmədov Elçin Şamil oğlu, Qarayev Tahir Əfəndi oğluna basqın edib, satış məqsədilə külli miqdarda narkotik vasitələri talayıb ələ keçiriblər. 

Belə ki, mütəşəkkil dəstənin üzvü S.Quliyev polis əməkdaşı forması geyinərək əlindəki tüfənglə həmin şəxsləri qorxutmaq məqsədi ilə atəş açıb. Onun açdığı atəşlərdən biri ərazidə mühafizəni həyata keçirən V.Omarovun boyununa dəyib və ölüb. S.Quliyev E.Məmmədov və T.Qarayev istiqamətlərində də atəş açsa da, onlar hadisə yerindən qaçıblar.

Silahlı basqın zamanı onlar talama əməllərini davam etdirərək təmiz çəkisi 343,54 qram olan narkotik vasitə-marixuana və dəqiq sayı, çəkisi istintaqa məlum olmayan miqdarda narkotik tərkibli bitkiləri torpaqdan çıxararaq əldə etməklə çantalara qablaşdırıblar. Daha sonra dəstə üzvləri narkotik vasitələri aralarında bölüblər.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qətli törətmiş Füzuli rayon sakinləri M.Heydərzadə, S.Quliyev, Ə.Məmmədov, Balakən rayon sakinləri M.Xizriyev, İ.Umarov tutulublar.

Həmin şəxslər CM-nin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 28,234.4.1-ci (cinayətə hazırlıq, narkotik, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 235.4.1-ci (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, mütәşәkkil dəstə tərəfindən törədildikdə) və 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi