Yuxarı

Azərbaycanda məhkəmə hakimlərinin dövlət orqanlarına sorğuları onlayn rejimdə cavablandırılacaq

Sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar SMS bildiriş formatında dərhal göndəriləcək

Sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar "SMS bildiriş" formatında dərhal göndəriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Məhkəmə-Hüquq Şurasının bugünkü iclasında ölkədə aparılan məhkəmə islahatının mütərəqqi nəticələri qeyd edilib, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alındığı bildirilib. Bu barədə "Report"a şuradan bildirilib.

Dövlət başçısı İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması barədə sərəncamının bu sahədə mühüm rolu vurğulanaraq, sərəncamın icrası çərçivəsində bir sıra məhkəmələrdə sınaq rejimdə tətbiq olunan elektron sənəd dövriyyəsi, idarəetmə və qeydiyyat sistemlərinin vətəndaşlara səmərəli hüquqi yardımı təmin etdiyi qeyd edilib.

Tədbirdə insanların məhkəmə prosesləri barədə dərhal məlumatlanması, məhkəməyə çatımlılığın və çəkişmə prinsipinin təmin edilməsi məqsədilə hazırlanmış yeni Elektron Məlumatlandırma Sisteminin təqdimatı keçirilib. Qeyd edilib ki, sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar "SMS bildiriş" formatında dərhal göndəriləcək, hakimlərin müxtəlif dövlət orqanlarına sorğuları onlayn rejimdə cavablandırılacaq.

Çıxış edən şura üzvləri sistemin əhəmiyyətini və vətəndaşlara səmərəli xidmət göstərilməsində mühüm rolunu vurğulayıb, onun daha da təkmilləşdirilməsi üzrə təkliflərini veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi