Azərbaycanda məhkəmə hakimi tərəfləri "Barışıq skamyası"nda oturdaraq barışdırıb

Azərbaycanda məhkəmə hakimi tərəfləri "Barışıq skamyası"nda oturdaraq barışdırıb Azərbaycan məhkəməsində Barışıq skamyasında tərəflər barışıb.
Hadisə
22 Aprel , 2019 15:20
Azərbaycanda məhkəmə hakimi tərəfləri Barışıq skamyasında oturdaraq barışdırıb

Azərbaycan məhkəməsində "Barışıq skamyası"nda tərəflər barışıb.

"Report"un xəbərinə görə, bu hadisə bu gün Bakı Apellyasiya Məhkəməsində baş verib.

Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişini imzalayıblar.

Məhkəmənin qərarı ilə icraata xitam verilib.

Qeyd edək ki, 10 iyun 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan "Barışıq Skamyası" qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi