​Azərbaycanda məcburi köçkünlərin yaşadığı bina uçub

​Azərbaycanda məcburi köçkünlərin yaşadığı bina uçub Binada 16 məcburi köçkün ailəsi yaşayır
Hadisə
30 Oktyabr , 2015 11:59
​Azərbaycanda məcburi köçkünlərin yaşadığı bina uçub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub. "Report"un məlumatına görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdir ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov və Xəqani Heydər oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.
Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub.

İstismar müddəti başa çatan bina qəzalı vəziyyətdə olsa da, köçkünlər binada yaşamaq məcburiyyətindədirlər.

Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.

Son xəbərlər

Orphus sistemi