Azərbaycanda külli miqdarda psixotrop dərman aşkar edilib

Azərbaycanda külli miqdarda psixotrop dərman aşkar edilib Faktı Dövlət Gömrük Komitəsi Dövlət Sərhəd Xidməti ilə birgə üzə çıxarıb
Hadisə
18 Sentyabr , 2017 17:43
Azərbaycanda külli miqdarda psixotrop dərman aşkar edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Xidməti (DGX) və Dövlət Sərhəd Xidməti (DSK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyətini istintaqın araşdırdığı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək satış məqsədilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən onu DSX-nın Sahil Mühafizəsi və DGK-nın Xəzər dənizində Azərbaycanın İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları saxlayıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi