Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
1 Oktyabr , 2018 12:19
Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
Report
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Sabirabad rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi rayon Polis idarəsi 4-cü polis bölməsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

Son xəbərlər

Orphus sistemi